20 Haziran 2015 Cumartesi

KÜKÜ (AZERBAYCAN MUTFAK DEYİMİ) (MÜCVER? / EZME-PESTİL? )

Balıq kürüsündən kükü (foto resept)


1 Vote

DSC03791

İçindəkilər

Balıq kürüsü
Yumurta -4 əd
Pamidor – 2 əd
Bibər şirin – 2 əd
Bibər acı -1 əd
Şüyüd
Keşniş
Un -2 x.q
Duru yağ -3 x.q
Duz, istiot

Hazırlanması

Untitled-2Pamidoru ,bibəri təmizləyib yuyuruq. Balıq kürüsünü ,pomidoru ,bibəri,yumurtanı, göyərtiləri , duru yağı ,duzu, istiotu mətbəx robotunda qarışdırırıq .  Tavaya zeytun yağı və ya başqa yağ töküb odun üzərinə qoyuruq .Yağ  qızdıqdan sonra hazırladığımız kütləni tavaya töküb qapağını örtürük. Altı qızardıqdan sonra tavanın ağzına düz qab qoyub çeviririk ki , o biri üzü də qızarsın. Qızardıqdan sonra bıçaqla doğrayıb süfrəyə veririk.

Nuş olsun.

U

Asan hazırlanan və çox dadlı Badımcan küküsü

2-12-2012, 02:35  |  Azadqadin





 Gecənin bu vaxtında əlimdə fotoaparat saytın mətbəx bölümü üçün yemək bişirirəm. Qabların səsinə yuxudan oyanan anam mətbəxə gəlib mənə baxdı, baxdı, axırda dedi: "Sayt səni dəli edib. Sən özünü psixoloqo göstər" ))))
Psixoloqo qoyaq bir kənara, baxın görün necə çıxıb? )) Hətta gecənin bu yarısında bəzəməyə də imkan tapmışam ) Bu badimcan küküsüdür. İndi reseptini oxuyacaqsız. Asan, ucuz və super dadı olan bir xörəkdir.

Nə lazımdır?



2 Badımcan
1 Soğan
3 Yumurta
Duz-istiot

Necə hazırlanır?

Badımcanı və soğanın qabığını soyub ət maşınından keçirdirsən. Sonra süzgəc töküb üstündən basaraq qara suyunu tamam süzürsən. 






Bundan sonra üstünə yumurtaları qırırsan və yaxşı-yaxşı qarışdırırsan.



 Alınmış kütləni əvvəlcədən yağ tökülüb isidilmiş tavaya tökürsən. Qaz bir az zəif olsa yaxşıdır. Bir az qızarandan sonra çevirirsən o biri üzünü qızardırsan. Vəssalam.


Əla dadı var. Ümumiyyətlə, kiməsə deməsiniz ki, bu badımcandır kimsə nə görünüşündən, nə da dadından heç vaxt bilməz...



Aynur Qurbanqızıya məxsusdur!
U
KOZ (CEVİZ) KÜKÜSÜ
TERKIBI:
200 qr. temizlenmis qoz, 4 yumurta, 800 qr. bas sogan, 50 qr. palciq tursu ve ya 20 qr. lavaSHana, 50 qr. yag, duz, istiot.
HAZIRLANMA QAYDASI:
lavaşana 50 qr. isti suda hell edilir.
Sogan etceken masindan kecirilir ve aci suyun cixmasi ucun tenzifin arasina tokulub sixilir. Sonra da doyulmus qoz lepesi, sogan ve hell edilmis lavaşana yumurta ile qarisdirilir, uzerine erinmis yag tokulub firinda bisirilir.
QoZ Küküsü 2
Tərkibi.
4 ədəd kartov (OLUP KARTOV KÜKÜSÜ)
3 ədəd orta boyda soğan
200 qr qoz ləpəsi
8 ədəd yumurta
3 diş sarımsaq 
Duz istiot.
Kartof soğan ət maşının balaca gözündən çəkillir.Sonra kartofu və soğaniı marli ilə sixiriq.Sonra çəkilmiş qoz və kartofun üzərinə çəkilmiş qoz ləpəsin əlavə edirik.Bunları qatışdırdıqdan sonra yumurta sarımsaq və duz istiotu əlavə edirik.Bunları yaxşıca qatışdırırıq. Sonra tavanı qızdırıb içinə yağ əlavə edib hazırladığımız kükünü içinə tökürük.Sonra duxovkanı 180 dərəcədə qizdırırıq və kükünü duxovkaya qoyuruq bişməyə.Hər 20 dəqiqədən bir baxiriq ki bişsin.Bişəndən sonra götürüb kəsib süfrəyə veririk
Nuş olsun!

KÜKÜ - KAZMAG (KATMAK)
Milli.Az Stalik Xankişiyevin bloquna (stalic.livejournal.com) istinadən kükü-qazmağın hazırlanma qaydasını təqdim edir
Kükünü tək göyərti ilə deyil, başqa ərzaqlarla da hazırlamaq olar. Plovun yanında paxlava kimi kəsilmiş qazmağın, özü də hər plova görə məxsusi dadı olan qazmağın isə dadı ayrıdır.

Qozlu kükü


Tərkibi: 

Qoz
Soğan
Sarımsaq
Xama
Duz
İstiot
Yumurta
Zəfəran dəmləməsi
Narşərab

Qozu ət maşınından keçirin. Soğan və sarımsağı qovurun, qoz əlavə edib duz-istiot vurun.


3-4 yumurtanı xama, zəfəran dəmləməsi, narşərabla qarışdırın. Qoz-soğan qarışığını əlavə edib qarışdırın. Bunu saxsı tavada bişirmək daha məsləhətlidir. Ancaq yoxdursa, adi soba sinisinin içində, yaxud da sininin içinə folqa döşəməklə də bişirmək olar. Saxsı tavanı sobada qızdırın, yağlayın, hazırladığınız qarışığı içinə tökün, hamarlayıb sobaya qoyun. 140-150 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bu müddət ötdükdən sonra çıxarın, ortasının bişdiyinə əmin olduqdan sonra isti-isti, yağa batırılmış bıçaqla romblara doğrayın, üzərinə qaynar yağ gəzdirib yenidən sobaya qoyun. Daha 15 dəqiqə bişirin.


Fıstıqlı kükü 

Yaşıl fıstıq
Yumurta
Xama
Zəfəran dəmləməsi
1-2 x.q. un
Duz
2 x.q. şəkər tozu

Yuxarıda göstərilən qaydada qarışdırın, elə eyni qayda ilə də bişirin. Saxsı qabınız yoxdursa, adi tava götürün, qızdırın. İçinə folqa döşəyin, yağlayın. Qarışığı tökün. Sonra tavanı içinə isti su tökülmüş daha iri tavanın içinə, onu da sobaya yerləşdirin. Hətta sobanın temperaturunu aşağı sala bilərsiniz - su tez qızır.

Fıstıqlı qarışıq çox qızarıb yanmasın deyə üzərinə qaynar suya salınmış ispanaq yarpaqları düzün. Bişəndən sonra kükünü tərs çevirib elə doğrayın. İspanaq altda qalacaq, küküyə də özünəməxsus dad verəcək.

Yumurtalı qazmaq 

Yumurta
Xama
Zəfəran
Duz
Bişmiş düyü

Yumurta, xama, zəfəran dəmləməsi və duzu qarışdırdıqdan sonra süzdüyünüz plovun düyüsündən 2-3 kəfkir buraya əlavə edib qarışdırın. Bunu birbaşa plovun altına döşəmək, yaxud da ayrıca bişirmək olar.


Ayrıca bişirəcəksinizsə, bişməyə yaxın romb kimi doğrayın, qaynar yağı üzərinə gəzdirin. Təkrar bişirin.

Bu küküləri həm ayrıca, həm də plovla süfrəyə verə bilərsiniz.


Nuş olsun! 

BADIMCAN KÜKÜSÜ
Badımcan küküsü cənub bölgəsinin süfrələrini bəzəyən və ənənəvi olaraq bayramlarda və xüsusi günlərdə bişirilən ən ləziz yeməklərdən biri sayılır. Onu bu bölgədə hazırlanan digər kükülərdən fərqləndirən xüsusiyyəti spesifik dada malik olmasıdır. Sadə yolla hazırlanması, iştahaçıcı olması və görünüşü onu Lənkəran mətbəxində ən çox tərcih edilən yeməklərdən biri halına gətirmişdir.
Bu yeməyi hazırlamaq üçün badımcan əvvəlcə yuyulur, sonra duzlanılır , acı suyu çıxarılır. Ət maşınından çəkilmiş badımcan və  bir baş soğan üzərinə istiot, duz və yumurta əlavə olunaraq dağ edilmiş tavaya kərə yağı tökərək qızardılır. Zövqə görə qoz da qatıla bilər. Süfrəyə plovla verilir.

Tərkibi:
Badımcan
Soğan
Yumurta
Qoz ləpəsi
Un
Palçıq turşusu
Kərə yağı
Duz
İstiot

KARTOF KÜKÜSÜ

Kartof – orta 3 d.
Kök – 1 dənə
Göyərti – keshnish, shüyüd
Yumurta - 2 d.
Duz, istiot

Kartof və kökü sürtkəchin böyük gözündən kechirib, kartof kraxmalını sıxın. Göyərtini xərdalayın. Duzu, istiotu, yumurtanı əlavə edib qarıshdırın.
Tavaya yağı tökün və qızdırın. Odu azaldıb xörək qashıqı ilə kartof kütləsini yağa salın. İki tərəfdən qızılı rəngədək qızarılmalıdır.
Kükünü siz köksüz və göyərtisiz də edə bilərsiniz. Səadəcə onda kartofu bir dene de artıq getirin.
Nuş olsun!


U
GÖYERTİ KÜKÜSÜ
göyərti küküsü
göyərti küküsü

Göyərti küküsü

Lazım olanlar:
  • 6 ədəd yumurta,
  • 60 qr göy soğan,
  • 50 qr keşniş,
  • 50 qr şüyüd,
  • 60 qr  yağ.
  • Sous kimi bir stəkan xama yaxud qatıq
  • 2 diş sarımsaq,
  • 2 qr duz.

Göyərti küküsü hazırlanma qaydası

Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür. İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir. Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz. Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün. Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir. Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin. Bişdikdən sonra süfrəyə qatıq, xama və sarımsaq əlavə edilmiş qatıqla verilə bilinər.
KABAK KÜKÜSÜ
Kabaklı kükü
Kabaklı kükü

Kabaklı  kükü

Lazım olan ərzaqlar:

3 ədəd kabak,
2 yumurta,
100 q pendir,
1 dəstə şüyüd,
8 dənə təzə soğan,
1 dəstə cəfəri,
3 qəhvə fincanı un,
1 tutam duz,
1 çay qaşığı qara bibər,
Duru yağ,
Kabaklı  kükü hazırlanması:

Kabakları yuyun.
Sonra rəndələyin.
Kabakların üzərinə pendiri rəndələyin.
2 yumurta qırın və qarışdırın.
Cəfəri, şüyüd və soğanları əlavə edin.
Təkrar qarışdırın.
Normal vəziyyətdə olmasını ayarlamaq üçün yavaş yavaş un əlavə edin.
Möhkəm qarışdırın.
Duz və istiotu əlavə edin.
Son dəfə qarışdırın.
Duru yağı qızartma qazanına tökün.
Yağ qızınca böyük qaşıqla kükü xərcini yağın içinə tökün.
Yüngülcə üstündən bastırın.
Bir üzü bişdikdən sonra o biri üzünü qızardın.
Qızaran küküləri kağız dəsmalın üzərinə yığın.
Kağız dəsmal artıq yağı çəkəcəkdir.
Kükülərimiz hazırdır .
Cəfəri ilə bəzəyərək yanına da qatıq qoyaraq servis edə bilərsiniz
KÜKÜ (MÜCVER)
Kükü (mücvər)
Kükü (mücvər)

Kükü (mücvər)

Lazım olan ərzaqlar:
  • 2 ədəd kabak,
  • 2 yemək qaşığı yulaf kəpəyi,
  • Müxtəlif ədviyyatlar,
  • Təzə nanə,
  • Təzə soğan,
  • Cəfəri,
  • 1 çay qaşığı qabartma tozu,
  • 2 yumurta,
  • 3 yemək qaşığı əzilmiş pendir.

Kükü (mücvər) hazırlanma qaydası:

Əvvəlcə kabakları rəndə və ya mətbəx robortunun köməyi ilə rəndələyin.
Rəndələnmiş kabakları 5-10 dəqiqə  süzgəcdə saxlayın ki, suyunu süzsün.
Bundan sonra kabaklar daha su salmayacaq.
Ardından kabakları geniş bir qaba alaraq üzərinə 2 yumurta qırıb möhkəm qarışdırın.
Qabın içərisinə əzilmiş pendiri, qabartma tozunu və yulaf kəpəyini əlavə edin.
Burada diqqət edəcəyiniz əsas məsələ bütün ərzaqları eyni vaxtda qatışdırmamaqdır.
Eyni vaxtda qatsanız ərzaqlar normal qarışmayacaqdır ki, bu da istədiyiniz sonucun alınmaması deməkdir.
Son olaraq da Kükü (mücvər) üçün nanə, soğan, cəfəri və ədviyyatları əlavə etmək lazımdır.
Axırıncı dəfə bütün ərzaqları qarışdırdıqdan sonra saxlamadan qəliblərə tökün.
Qabların altına tağlı kağız da qoya bilərsiniz.
Hazırlamış olduğunuz kükünü əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 20 dəqiqə bişirin.
Kükü (mücvər) fırından çıxardandan sonra üzərini örtüb 10 dəqiqə saxlayın.
Belə olanda daha ləzzətli olacaqdır.
Servisə hazır kükünün yanına qatıq əlavə edib servis edə bilərsiniz.

TOYUQ KÜKÜSÜ
toyuq küküsü
toyuq küküsü

Toyük küküsü üçün lazım olanlar:

  • 400 q doğranmış toyuq döşü ,
  • 200 q doğranmış göbələk ,
  • 3 dənə doğranmış kartof,
  • 3-4 yemək qaşığı dəmlənmiş zəfəran,
  • 2-3 çay qaşığı sarıkök (zərdəçal),
  • Lazım olan qədər yumurta,
  • Zövqə bağlı ədviyyat ,
  • Lazım olan qədər duru yağ ,
  • 1  baş soğan,
 Bəzək üçün:
  • Qızarmış soğan, zirinc, püstə(antep fıstığı) və badam

Toyuq küküsü hazırlanması :

  • Bir baş soğanı soyun və incə doğrayın.
  • Tavada  yağı qızdırıb soğanı bir az saralanadək qızardın.
  • Toyuq döşünü doğrayıb soğana qatın  və bir az qızartdıqdan sonra kənara qoyun.
  • Əvvəlcədən hazırladığınız kartofu ,göbələyi bir tavada ayrı- ayrı az yağda qızardın.
  • Qızardandan sonra artıq yağını süzün.
  • Bir qabda yumurtaları yaxşıca çalın.
  • (nə qədər yumurta lazımsa artıra bilərsiniz).
  •  Qarışıma duz,ədviyyat  və dəmlənmiş zəfəranı atıb yaxşı qarışdırın.
  • Sonra fırın  qabına  qat -qat yani(əvvəl toyuq döşünü, sonra da yumurta qarışımını, göbələyi və yenə yumurta, kartof, toyuq döşünü düzün  və ən son yumurta qarışımı əlavə edin.
  • Fırını 160 °C 170 °C -dək qızdırın.Qızdırılmış fırının  orta hissəsində 25-30 dəqiqə ərzində, və yaxud  da  üstləri yaxşı qızaranadək bişirin.
  • Kükü hazır olduqdan sonra üstünü öz  zövqümüzlə bəzəyin .
Qeyd:

  • Bu kükünü  tavada da hazırlaya bilərsiniz.
  • Yağı əritdikdən sonra  qarışımı tavaya töküb, üstünü düzləyin.
  • Ocağın normal odunda qızardın.
  • Kükü qızardıqdan sonra dördə bölüb çevirərək o biri üzünü də qızardın.
  •  Kükünü bütövdə çevirib qızarda  bilərsiniz.
Kükü plov: Hisə verilmiş kütüm - 180q, düyü - 100q, ərinmiş yağ - 50q, yumrta 1 əd., təə bulka - 40q, istiot - 0,1q, duz.
Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.


 U U UU U U U U

Hiç yorum yok:

Yorum Gönder